"azərbaycanla münasibətlərimiz çox önəmlidir".
arhd.media "azad iran" "telegram" kanalına istinadən xəbər verir ki, bunu iran xarici işlər nazirliyinin (xin) sözçüsü ismayıl bəqayi ölkənin xin rəhbəri abbas əraqçının azərbaycana səfər edəcəyi ilə bağlı açıqlama verərkən deyib.
"bu gün abbas əraqçının bakıya səfəri baş tutacaq. o, sabah azərbaycanda rəsmilərlə danışıqlar aparacaq. bizim azərbaycanla münasibətlərimiz çox önəmlidir", - deyə bəqayi mətbuat konfransında bildirib.























