iranın xarici işlər nazirliyi (xin) tehran və vaşinqton arasında danışıqlar prosesinin başlaması barədə yayılan xəbərləri təkzib edib.
"azad iran" "telegram" kanalının yaydığı məlumata görə, bunu 3 noyabrda iran xin-in sözçüsü ismayıl bəqayi deyib.
o, bildirib ki, müxtəlif vasitəçilərin səyləri və danışıqları bərpa etməyə çalışmaları adi və normal bir prosesdir: "bəli, vasitəçilər arasında danışıqlar prosesi aparılır, ancaq bu, heç bir halda iran və abş arasında danışıqlar prosesinin başlaması demək deyil".























