iran xin baea ilə danışıqların yeni mərhələsinin başlayacağını elan edib

bakı, 18 avqust, arhd.media




iran xin baea ilə danışıqların yeni mərhələsinin başlayacağını elan edib


yaxın günlərdə iran və beynəlxalq atom enerjisi agentliyi (baea) nümayəndələri arasında danışıqlar baş tuta bilər.

arhd.media xarici mediaya istinadla xəbər verir ki, bunu iran xarici işlər nazirliyinin rəsmi nümayəndəsi ismayıl bəqayi bildirib.

iranlı diplomat mətbuat konfransında deyib: “ola bilsin ki, agentliklə danışıqların növbəti raundu yaxın günlərdə baş tutsun”.

iran rəsmiləri ilə baea nümayəndəsi arasında avqustun 11-də tehranda keçirilən danışıqlardan sonra islam respublikası xarici işlər nazirinin müavini kazım qəribabadi bildirib ki, tərəflər iranın nüvə proqramı üzrə məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. diplomat qeyd edib ki, baea baş direktorunun müavini massimo aparo ilə görüşdə hazırkı şəraitdə tehranla agentlik arasında qarşılıqlı fəaliyyət formatı müzakirə olunub.

qəribabadi qeyd edib ki, iran tərəfi israil və abş-ın irana hücumu zamanı baea-nın öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı etirazını bildirib. agentliyin israil və abş-ın iranın nüvə obyektlərinə zərbələrini pisləməməsi islam respublikasında kəskin tənqidlərə səbəb olub. tehran baea rəhbərliyini onun fəaliyyətini siyasiləşdirməkdə ittiham edib.

iyulun 2-də iran prezidenti məsud pezeşkian baea ilə əməkdaşlığı dayandıran qanunu imzalayıb.

iyulun 22-də iranın xarici işlər naziri abbas araqçi deyib ki, iran gələcəkdə agentliyin müfəttişlərinin öz ərazisinə qayıtma ehtimalını istisna etmir.

Baxış sayı: 6 559

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə