türkiyə prezidenti rəcəb tayyib ərdoğanın rəsmi dəvəti ilə bu ölkədə səfərdə olan roma papası xiv leo bu gün istanbulda sultanəhməd məscidini ziyarət edib.
arhd.media yerli mətbuata istinadən xəbər verir ki, ziyarət zamanı ərazidə fövqəladə təhlükəsizlik tədbirləri görülüb.
roma papasını məscidin qarşısında türkiyənin mədəniyyət və turizm naziri mehmet nuri ersoy və rəsmi nümayəndə heyəti qarşılayıblar.
bildirilir ki, dinlərarası dialoqun mühüm simvolu olan bu səfər vatikan-türkiyə münasibətləri üçün böyük əhəmiyyət kəsb edir.























