bakı, 12 mart, arhd.media



amea-da “istiqlal marşı”nın qəbul olunmasının 104-cü ildönümü münasibətilə tədbir keçirilib


martın 12-də amea-nın mərkəzi elmi kitabxanasında türkiyə cümhuriyyətinin və şimali kipr türk respublikasının dövlət himni “istiqlal marşı”nın qəbul olunmasının 104-cü ildönümü münasibətilə “istiqlalımız əbədidir!” mövzusunda tədbir keçirilib.

amea-dan arhd.media-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə ədəbiyyat institutunda mehmet akif ərsoy adına türkiyə ədəbiyyatı mərkəzini ziyarət ediblər.

daha sonra mek-in foyesində ulu öndər heydər əliyevin büstü önünə tər gül dəstələri düzülüb, dahi rəhbərin əziz xatirəsi yad edilib.

tədbir türkiyənin və azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

tədbiri açan amea-nın prezidenti akademik isa həbibbəyli “istiqlal marşı”nın yaranma tarixinə nəzər salıb. akademik qeyd edib ki, atatürk milli marşın qəbulu üçün müsabiqə elan etmiş, mehmet akif ərsoyun türk ordusuna həsr etdiyi şeir qalib olaraq seçilmişdi. onun “istiqlal marşı” türk ordusunun qurtuluş savaşında qələbəsinə olan inamını, türk əsgərinin şücaətini və fədakarlığını ifadə edir. 1921-ci il martın 12-dən etibarən “istiqlal marşı”nın rəsmən qəbul edildiyini vurğulayan akademik isa həbibbəyli 1930-cu ildə isə himnə musiqi bəstələndiyini diqqətə çatdırıb.

bu gün azərbaycan ilə türkiyə arasında bütün sahələrdə yüksək səviyyədə əməkdaşlıq olduğunu deyən akademik isa həbibbəyli bu əlaqələrin möhkəmlənməsində iki ölkənin liderlərinin dostluq və qardaşlıq münasibətlərinin dayandığını söyləyib.

amea-nın da türkiyənin bir çox akademik və ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini deyən akademik isa həbibbəyli hər il ədəbiyyat institutu, türkiyənin mehmet akif ərsoy vəqfi və burdur mehmet akif ərsoy universitetinin birgə təşkilatçılığı ilə mehmet akif ərsoya həsr olunmuş simpozium keçirildiyini bildirib. şairin yaradıcılığının azərbaycanda geniş tədqiq edildiyini deyən akademik isa həbibbəyli onun hüseyn cavidlə yaxın münasibətləri olduğunu, hətta bir-birlərinə nəzirələr yazdıqlarını vurğulayıb.

akademik isa həbibbəyli bugünkü tədbirin ölkələrimiz arasında elmi əlaqələrin inkişafına və mehmet akif ərsoyun yaradıcılığına yenidən qayıdışa töhfə verəcəyini söyləyib.

sonra çıxış edən türkiyənin ölkəmizdəki səfiri birol akgün vurğulayıb ki, “istiqlal marşı” öz dövrünün ruhunu əks etdirir və türk xalqı tərəfindən qürurla oxunur.

“istiqlal marşı” təkcə bir şeir deyil, xalqımızın mübarizəsinin, milli birliyinin, türk ordusunun qəhrəmanlığının ifadəsidir. onun qəbulu qurtuluş savaşının ən çətin dönəmində xalqımızın mübarizə əzmini artırmışdır. mehmet akif ərsoy “allah bu millətə bir daha “istiqlal marşı” yazdırmasın”, - deyərək xalqımızın hürriyyətinə olan inamını ifadə etmişdir. allah şəhidlərimizə rəhmət etsin. həmçinin azərbaycanın müstəqilliyi üçün canlarından keçən şəhidlərimizi hörmətlə anırıq”, - deyə birol akgün bildirib.

səfir ədəbiyyat institutunda mehmet akif ərsoy adına türkiyə ədəbiyyatı mərkəzinin fəaliyyətilə tanışlıqdan məmnun qaldığını və əməkdaşlıq üçün hər cür dəstəyin veriləcəyini diqqətə çatdırıb.

şimali kipr türk respublikasının bakıdakı nümayəndəliyinin rəhbəri ufuk turganer isə çıxışında “istiqlal marşı”nın türk xalqının, ordusunun tarixi qəhrəmanlığını və hürriyyətinə olan sevgisini ifadə etdiyini bildirib.

daha sonra çıxış edən mahmud kaşğari adına beynəlxalq fondun prezidenti, milli məclisin deputatı cavanşir feyziyev böyük türk xalqının milli birlik himni olan “istiqlal marşı”nın yazılmasının 104-cü ildönümündə mustafa kamal atatürkü və türkiyə cümhuriyyətinin qurulmasında canını fəda etmiş türk əsgərlərini, eləcə də marşın müəllifi mehmet akif ərsoyu, bəstəkarı osman zəki üngörü ehtiramla yad edib. bildirib ki, “istiqlal marşı” türk millətinin milli irsinin və mənəviyyatının müqəddəsliyini, sarsılmaz istiqlaliyyətinin əbədiyyətini təsbit edən bir bəyanatdır.

vurğulayıb ki, 104 il əvvəl qəbul edilən, türkiyə cümhuriyyətinin müstəqillik və suverenliyinin ən vacib rəmzlərindən biri olan dövlət himni bu ölkənin ən ağır günlərində bəstələnib. istiqlal marşının yazıldığı dönəmə qədər mehmet akif həm xalq içində milli mücadilə tərəfdarı, həm islami birlik çağırışçısı, həm məşhur şair, həm də millət vəkili kimi tanınırdı. qeyd edib ki, mustafa kamal atatürk marşı bəyənib və “bu marş bizim inqilabımızın ruhunu anladır” deyib.

milli məclisin deputatı cavanşir feyziyev diqqətə çatdırıb ki, bu gün 104 yaşını qeyd etdiyimiz “istiqlal marşı” təkcə türkiyə cümhuriyyətinin deyil, həm də 1983-cü ildə müstəqilliyini elan edən şimali kipr türk cümhuriyyətinin konstitusiyasında qəbul və təsdiq edilən və şimali kiprin milli himni və hər bir azərbaycan türkü üçün doğma səslənən milli birlik və bütövlük marşıdır. bu da türk birliyinin, istiqlal amalının bütün türklər üçün eyni olduğunu göstərən mühüm bir faktdır.

tədbirdə, həmçinin azərbaycanda atatürk mərkəzinin direktoru akademik nizami cəfərov, elm və təhsil nazirliyinin riyaziyyat və mexanika institutunun direktoru amea-nın müxbir üzvü misir mərdanov, amea-nın dilçilik institutunun direktoru professor nadir məmmədli, azərbaycan dövlət pedaqoji universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor mahirə hüseynova, əməkdar jurnalist, filologiya elmləri doktoru qulu məhərrəmli, professor elman quliyev, “şərq” qəzetinin baş redaktoru akif aşırlı, “ədəbiyyat qəzeti”nin baş redaktoru azər turan, azərbaycan jurnalistlər birliyinin sədri elçin şıxlı və başqaları çıxış edərək “istiqlal marşı”nın türkiyə cümhuriyyətinin qurtuluş savaşındakı roluna, eləcə də istiqlal şairi mehmet akif ərsoyun yaradıcılığına toxunublar.

sonda respublikanın əməkdar artisti ağalar bayramov mehmet akif ərsoyun “çanaqqala şəhidlərinə” və zəlimxan yaqubun “əzəl axır dünya türkün olacaq” şeirlərini səsləndirib.

Baxış sayı: 5 367

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə