azərbaycanla vatikan arasında dinlərarası dialoq sahəsində anlaşma memorandumu imzalanıb

vatikan, 28 iyul, arhd.media

iyulun 28-də azərbaycan respublikasının dini qurumlarla iş üzrə dövlət komitəsi ilə müqəddəs taxt-tacın dinlərarası dialoq üzrə dikasteriyası arasında dinlərarası dialoq sahəsində anlaşma memorandumu imzalanıb.

arhd.media xəbər verir ki, memorandum tərəflər arasında dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi, qarşılıqlı anlaşma və tolerantlığın gücləndirilməsi məqsədilə təcrübə və məlumat mübadiləsini, həmçinin birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. sənəddə, həmçinin dini təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi əks olunub.

anlaşma memorandumunu dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri ramin məmmədov və müqəddəs taxt-tacın dinlərarası dialoq üzrə dikasteriyasının prefekti kardinal corc ceykob kuvakad imzalayıblar.

dövlət komitəsinin sədri ramin məmmədov memorandumun dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqinə mühüm töhfələr verəcəyinə, bu dəyərlərin tanıdılmasında əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib. müqəddəs yubiley ili münasibətilə təbriklərini çatdıran komitə sədri azərbaycan respublikası ilə müqəddəs taxt-tac arasında dostluq və əməkdaşlıq əlaqələrinin böyük inkişaf yolu keçdiyini vurğulayıb. bildirib ki, heydər əliyev fondu ilə vatikan arasında əməkdaşlıq dünyada mədəniyyətlərarası dialoq və dünya mədəni irsinə həssas münasibətin ən yaxşı nümunələrindən biri kimi qiymətləndirilir. vurğulayıb ki, katakombaların bərpası, vatikan muzeyi və apostol kitabxanası ilə əməkdaşlıq, arxiv əlyazmalarının rəqəmsallaşdırılması kimi uğurlu layihələrin məqsədi bəşəriyyətin ümumi irsinə töhfə verməkdən ibarətdir.

ölkəmizdəki dini mühit barəsində məlumat verən ramin məmmədov qeyd edib ki, prezident ilham əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti beynəlxalq hüququn prinsip və normalarına əsaslanır. azərbaycanda dini konfessiyalar arasında qarşılıqlı hörmət, anlaşma mühitinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.

r.məmmədov bildirib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra atılan əsas addımlardan biri də erməni vandalizminə məruz qalmış dini abidələrin bərpası və yenidən qurulması prosesidir. azərbaycanın birinci vitse-prezidenti mehriban əliyevanın rəhbərlik etdiyi heydər əliyev fondu bu məqsədlə işğaldan azad olunmuş ərazilərimizdə böyük layihələr həyata keçirir.

müqəddəs taxt-tacın dinlərarası dialoq üzrə dikasteriyasının prefekti kardinal corc ceykob kuvakad azərbaycanla vatikan arasında yüksəksəviyyəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib, roma papaları ii ioann pavel və fransiskin ölkəmizə səfərlərinin əlaqələrimizin inkişafındakı roluna toxunub. bu memorandumu ölkəmizdə dini azlıqlara hörmət və ehtiramın göstəricisi olan, 2011-ci il aprelin 29-da “azərbaycan respublikası və müqəddəs taxt-tac arasında katolik kilsəsinin azərbaycan respublikasında hüquqi statusu haqqında” imzalanan sazişlə möhkəmlənmiş əlaqələrin uğurlu nəticəsi kimi dəyərləndirib. kardinal, eyni zamanda, sənəd çərçivəsində həyata keçiriləcək layihələrin dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqində mühüm rol oynayacağına əminliyini ifadə edib. memorandumun təsdiqlənməsi və imzalanmasına verdiyi dəstəyə görə azərbaycan prezidenti ilham əliyevə ehtiramını bildirib.

Baxış sayı: 6 573

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə