"Dar ağacına aparan
Yoldan başqa, sonu
Olan yolların hamısı
Yaxşıdır".
M.De Servantes
Ölüm cəzası - cinayət törətməkdə ittiham olunan şəxsin edam edilməsini , öldürülməsini özündə ehtiva edən və yaşamaq hüququna zidd olan qəddar, qeyri - insani və ləyaqəti alçaldan cəza növüdür. Ölüm cəzasına münasibət ayrı-ayrı zamanlarda müxtəlif olsada , onun hüquqi effektivliyi, dini baxımdan ədalətli olması və mənəvi - əxlaqi nöqteyi- nəzərdən humanizm prinsiplərinə zidd olmaması bu günkü günədək mübahisələr yaradır.Hüquqşünas alimlər, din xadimləri və sosioloqlar müxtəlif fikirlər irəli sürür. Əslində ölüm cəzası ifadəsi özü-özlüyündə dəhşətli səslənir və məhkəmə zamanı hakim tərəfindən ölüm hökmü çıxarılarkən ,- " Ölüm cəzasına məhkum edilsin" cümləsi , eşidilərkən belə insanda vahimə və qorxu hissi yaradır. Ölüm cəzası ədalət, intiqam , yoxsa cinayətkarlığa qarşı preventiv tədbir? Məhz bu məqamda fikirlər haçalanır.Bu suallara cavab tapmaq üçün hüquqşünas- kriminoloqların, filosofların və sosioloq alimıərin fikirlərini təhlil etmək zərurəti yaranır.
Dahi alman filosofu F.Heqelə istinad etsək , onun fikrincə :" Hüquq - fəlsəfənin bir hissəsidir" . Digər klassik filosoflar isə dini fəlsəfənin kənizi hesab edirdilər. Bu məntiqdən çıxış edərək, ölüm cəzası anlayışını dörd aspektdən araşdırıb təhlil etmək vacibdir. Burada həm dini-fəlsəfi , həmdəki hüquqi -sosioloji aspektlərin öyrənilməsi zəruridir.
ARHD.MEDİA
























