ABŞ-nin AECOM şirkətinin əməkdaşları “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində ərazini öyrənmək üçün Ermənistana səfər ediblər.
“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat yayıb.
Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanla görüşdə şirkət nümayəndələri layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması üzrə işin əsas istiqamətlərini, həmçinin tədqiqatın gözlənilən nəticələrini təqdim ediblər.
Şirkət nümayəndələri ilə söhbət zamanı M.Qriqoryan regionda sülhün və sabitliyin möhkəmləndirilməsi baxımından təşəbbüsün əhəmiyyətini vurğulayıb.























