
prezident ilham əliyev martın 27-də gürcüstanın azərbaycandakı səfirliyində olub, bütün gürcüstanın katalikos-patriarxı ii iliya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verib.
“arhd.media” xəbər verir ki, gürcüstanın azərbaycandakı səfiri zurab pataradze dövlət başçısını qarşılayıb.
prezident ilham əliyev matəm kitabına ürək sözlərini yazıb.
sonra dövlət başçısı səfirlə söhbət edib.
prezident ilham əliyev bütün gürcüstanın katalikos-patriarxı ii ilya həzrətlərinin həyatını və fəaliyyətini nəcib amallara və dinlərarası dialoqun təşviqinə həsr etdiyini deyərək, onun xatirəsinin ölkəmizdə daim ehtiramla xatırlanacağını vurğulayıb.
dövlət başçısı azərbaycan-gürcüstan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında ii iliya həzrətlərinin roluna toxunub.
zurab pataradze səfirliyə gələrək başsağlığı verdiyinə görə prezident ilham əliyevə minnətdarlığını bildirib.




























