azərbaycan prezidenti ilham əliyev gürcüstanın baş naziri irakli kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb.
“arhd.media” xəbər verir ki, məktubda deyilir:
“hörmətli cənab baş nazir.
bütün gürcüstanın katalikos-patriarxı, zəmanəmizin görkəmli din xadimi ii ilya həzrətlərinin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
ii ilya həzrətləri bütün həyat və fəaliyyətini xalqına və bəşəriyyət naminə nəcib amallara həsr etmişdir. qafqazda sülhün, əmin-amanlığın, insanlar arasında həmrəyliyin, dinlərarası anlaşma və dialoqun bərqərar olması yolunda fəaliyyəti ilə ii ilya həzrətləri milli və dini mənsubiyyətindən asılı olmayaraq milyonlarla insanın qəlbində yer tapmış, dərin ehtiram və rəğbət qazanmışdır.
azərbaycan ilə gürcüstan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində ii ilya həzrətlərinin böyük xidmətləri olmuşdur.
bu ağır itkinin kədərini bölüşür, sizə, bütün gürcüstan xalqına, gürcüstan pravoslav kilsəsinə şəxsən öz adımdan və azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.























