israilin ötən gecə tehrana qarşı həyata keçirdiyi hava hücumları nəticəsində iranın kəşfiyyat naziri ismayıl xətib öldürülüb.
“arhd.media” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə israilin müdafiə naziri israil katzın ofisi məlumat yayıb.
“irana endirilən zərbələrin intensivliyi artır. iranın kəşfiyyat naziri xətib də gecə saatlarında məhv edilib”, - o deyib.
nazir bu gün əhəmiyyətli sürprizlərin olacağını açıqlayıb: “bu gün bütün cəbhələrdə əhəmiyyətli sürprizlər gözlənilir. bu sürprizlər irana və “hizbullah”a qarşı apardığımız müharibəni daha da gücləndirəcək”.
katz həmçinin israilin baş naziri benyamin netanyahu ilə birlikdə istənilən yüksəkvəzifəli iran rəsmisini zərərsizləşdirmək barədə əmr verdiklərini əlavə edib.























