bakı, 24 iyun, arhd.media
israilin müdafiə naziri atəşkəsin pozulmasından sonra tehrana zərbələr endirmək əmri verib
iranın israilin şimalını yenidən raket atəşinə tutaraq atəşkəsi pozmasından sonra müdafiə naziri israel kats israil müdafiə qüvvələrinə tehrana qarşı intensiv hücum əməliyyatlarını davam etdirməyi əmr edib.
arhd.media xəbər verir ki, bu barədə ölkənin tps -il xəbər agentliyi məlumat yayıb. bildirilib ki, kats bununla bağlı bəyanat yayıb.
“iranın abş prezidentinin elan etdiyi atəşkəs rejimini kobud şəkildə pozması və israilə doğru raketlər atması fonunda, həmçinin istənilən pozuntuya qətiyyətlə cavab vermək niyyətində olan israil hökumətinin siyasətinə uyğun olaraq mən israil müdafiə qüvvələrinə baş nazirlə koordinasiyalı şəkildə tehrana qarşı intensiv hücum əməliyyatlarını davam etdirməyi tapşırdım”, - deyə bəyanatda bildirilir.























