israil livandakı “hizbullah” hədəflərinə raket zərbələri endirməyə başlayıb
israil səhər saatlarında livandan 3 raket atılmasına cavab olaraq “hizbullah”ın hədəflərinə ardıcıl zərbələr endirməyə başlayıb.
“arhd.media” “al arabia”ya istinadən xəbər verir ki, israilin baş naziri bimyamin netanyahu və müdafiə naziri israel kats israil müdafiə qüvvələrinə livanda onlarla hədəfə qarşı qətiyyətli addımlar atmağı tapşırıb.
“bu səhər israilə atılan raketlərə cavab olaraq baş nazir və müdafiə naziri livandakı terrorçuların hədəflərinə zərbələr endirmək əmri verib”, - məlumatda bildirilir.
netanyahunun bəyanatından az sonra israil ordusu livanın cənubundakı “hizbullah” mövqelərinə hücumların başladığını bildirib.
qeyd edək ki, daha əvvəl israil ordusu 2024-cü ilin noyabrından bəri ölkənin şimal bölgələrinə ilk dəfə raket hücumu olduğunu açıqlamışdı. livan ərazisindən atılan azı üç raket hava hücumundan müdafiə sistemləri sayəsində ələ keçirilərək məhv edilmişdi. müdafiə naziri israel kats başverənlərə görə məsuliyyətin livan hökumətində olduğunu bildirmiş və orduya cavab tədbirləri görməyə göstəriş vermişdi.























