
















18 mart 2025-ci il arhd.media
press-reliz
israillə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub
iqtisadiyyat nazirinin israilə səfərində ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın güclənməsinə dair müzakirələr aparılıb, socar “union energy” şirkəti ilə anlaşma memorandumu imzalayıb.
iqtisadiyyat naziri mikayıl cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti israilə işgüzar səfər edib. səfər çərçivəsində azərbaycan-israil iqtisadi əməkdaşlığının inkişafına dair bir sıra görüşlər keçirilib, müzakirələr aparılıb.
israil dövlətinin prezidenti isxak hersoq azərbaycanın iqtisadiyyat naziri mikayıl cabbarovu qəbul edib. qəbul zamanı azərbaycan və israil xalqları arasında tarixi və mədəni əlaqələr vurğulanıb, dövlət başçılarının təşəbbüsləri sayəsində münasibətlərin strateji müttəfiqlik səviyyəsində olduğu diqqətə çatdırılıb. tərəflər qarşılıqlı əlaqələrin istiqamətləri və iqtisadi əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. həmçinin, ölkəmizin orta asiyaya çıxış nöqtəsi kimi dəyərləndirilməsi, ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrin inkişafı perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
israilin energetika və infrastruktur naziri eli kohenlə görüşdə enerji sahəsində səmərəli qarşılıqlı münasibətlərin qurulduğu, bu istiqamətdə işbirliyinin gücləndirilməsi məqsədilə işlərin davam etdirildiyi qeyd edilib, iqtisadi tərəfdaşlığın inkişafı imkanları diqqətə çatdırılıb. azərbaycanın israilin enerji təhlükəsizliyində rolu, bu ölkənin qaz yataqlarının istismarında socar-ın təcrübəsindən istifadənin önəmi qeyd olunub. görüş zamanı iqtisadi sferada əhəmiyyətli təşəbbüs və layihələr, enerji gündəliyinin prioritet istiqamətləri dəyərləndirilib.
israilə səfər çərçivəsində bu ölkənin eksklüziv iqtisadi zonasında (eez) “i” blokunda kəşfiyyat üçün lisenziyaların təqdim edilməsi mərasimi keçirilib. tədbirdə iqtisadiyyat naziri mikayıl cabbarov, socar-ın prezidenti rövşən nəcəf, israilin enerji və infrastruktur naziri eli koen və digər rəsmi şəxslər iştirak ediblər. bu, socar-ın azərbaycandan kənarda ilk kəşfiyyat layihəsidir. lisenziyalar socar-ın beynəlxalq mövqeyinin möhkəmlənməsi və innovativ təcrübələrdən yararlanması baxımından strateji üstünlüklərə malikdir.
israilin iqtisadiyyat və sənaye naziri nir barkatla görüşdə ölkələrimizin iqtisadi işbirliyinin genişləndiyi vurğulanıb. azərbaycanda əlverişli biznes və investisiya mühiti haqqında məlumat verilib. ölkələrimizin investisiya işbirliyinin prioritetləri, sənaye zonaları çərçivəsində tərəfdaşlıq, biznes nümayəndələrinin işgüzar əlaqələri, rəqəmsal inkişaf üzrə təcrübə mübadiləsi və s. məsələlər nəzərdən keçirilib.
səfərdə həmçinin, socar və “union energy” şirkəti tərəfindən eksklüziv iqtisadi zonasında birgə kəşfiyyat işlərinin aparılması üzrə anlaşma memorandumu imzalanıb. sənədi socar-ın prezidenti rövşən nəcəf və “union energy” şirkətinin icraçı direktoru oded nagar imzalayıblar. vurğulanıb ki, sənədin icrası tərəflərin beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişləndirilməsinə və yeni enerji ehtiyatlarına çıxışına təkan verəcək.
israilin xarici işlər naziri gideon saar ilə görüşdə israillə strateji müttəfiqlik, ikitərəfli münasibətlərin müxtəlif aspektləri, iqtisadi-ticarət əlaqələrinin perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
israilin maliyyə nazirliyində nazir, azərbaycan respublikası hökuməti ilə israil dövləti hökuməti arasında birgə komissiyanın həmsədri zeev elkinlə görüşdə əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdiyi bildirilib. tərəflər qarşılıqlı biznes və ticarət əlaqələrinin dəstəklənməsi barədə fikirlərini bölüşüb, hökumətlərarası komissiyanın fəaliyyətində səmərəliliyin artırılması istiqamətində müzakirə aparıblar.























