israil livanı cavab tədbirləri ilə hədələyib
livan hökuməti onun ərazisindən israilə atılan hər raketə görə məsuliyyət daşıyır.
“arhd.media” “al arabiya”ya istinadən xəbər verir ki, bu barədə israilin müdafiə naziri israel kats bildirib.
israil ordusunun məlumatına görə, martın 22-də səhər saatlarında livan ərazisindən israilin şimalına, xüsusən də sərhəddəki metula kəndinə üç mərmi atılıb. bütün raketlər hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
kats bildirib ki, o, hərbçilərə raket hücumlarına cavab olaraq müvafiq tədbirlər görməyə göstəriş verib.
israil ərazisinin livandan atəşə tutulması ilə bağlı bugünkü hadisə ötən il noyabrın 27-də abş və fransanın vasitəçiliyi ilə əldə edilən atəşkəs razılaşmasından sonra ilk insident olub. sənəddə bmt sülhməramlılarının dəstəyi ilə livan ordusunun ölkənin cənub sərhədi boyunca yerləşdirilməsi və “hizbullah” yaraqlılarının litani çayından kənara çəkilməsi nəzərdə tutulurdu.























