
fevralın 15-də azərbaycanın prezidenti ilham əliyevin serbiyanın paytaxtı belqradda rəsmi qarşılanma mərasimi olub.
“arhd.media” xəbər verir ki, prezident ilham əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
serbiyanın prezidenti aleksandar vuçiç azərbaycanın prezidenti ilham əliyevi qarşılayıb.
azərbaycanın və serbiyanın dövlət himnləri səsləndirilib.
fəxri qarovul dəstəsinin rəisi azərbaycan prezidentinə raport verib.
prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
serbiya nümayəndə heyətinin üzvləri prezident ilham əliyevə, azərbaycanın dövlət və hökumət nümayəndələri isə prezident aleksandar vuçiçə təqdim edilib.




























