bakı, 27 fevral, arhd.media


bakıda qvineya-bisau prezidentinin rəsmi qarşılanma mərasimi olub video


azərbaycan respublikasında rəsmi səfərdə olan qvineya-bisau respublikasının prezidenti umaru sisoku embalonun fevralın 27-də bakıda rəsmi qarşılanma mərasimi olub.

arhd.media xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda qvineya-bisau prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

azərbaycan prezidenti ilham əliyev qvineya-bisau prezidenti umaru sisoku embalonu qarşıladı.

fəxri qarovul dəstəsinin rəisi qvineya-bisau prezidentinə raport verdi.

qvineya-bisau respublikasının və azərbaycan respublikasının dövlət himnləri səsləndirildi.

fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında azərbaycan prezidenti ilham əliyevin və qvineya-bisau prezidenti umaru sisoku embalonun qarşısından keçdi.

dövlət başçıları rəsmi foto çəkdirdilər.

Baxış sayı: 4 341

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə