oktyabrın 21-də qazaxıstanın paytaxtı astanadakı akorda prezident sarayında azərbaycan respublikasının prezidenti ilham əliyevin rəsmi qarşılanma mərasimi olub.
arhd.media azərtac-a istinadən xəbər verir ki, akorda prezident sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
qazaxıstan respublikasının prezidenti kasım-jomart tokayev azərbaycan respublikasının prezidenti ilham əliyevi qarşılayıb.
qazaxıstanın nümayəndə heyətinin üzvləri prezident ilham əliyevə, azərbaycan nümayəndə heyətinin üzvləri isə prezident kasım-jomart tokayevə təqdim edilib.
fəxri qarovul dəstəsinin rəisi azərbaycan prezidentinə raport verib.
azərbaycanın və qazaxıstanın dövlət himnləri səslənib.
prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
dövlət başçıları birgə foto çəkdiriblər.
10:05
oktyabrın 21-də qazaxıstanın paytaxtı astanadakı akorda prezident sarayında azərbaycan respublikasının prezidenti ilham əliyevin rəsmi qarşılanma mərasimi keçirilir.
arhd.media bununla bağlı azərtac-a istinadən xəbər verir.























