israil ordusu iranın zərbələri nəticəsində ölən və yaralananların sayını açıqlayıb.
“arhd.media” xəbər verir ki, bu barədə israil ordusu məlumat yayıb.
bildirilib ki, irandan hər gün fasilələrlə raket hücumları həyata keçirilir. eyni zamanda, “hizbullah”ın livan ərazisindən tank əleyhinə və qısa mənzilli raketlərlə hücumlara qoşulduğu qeyd olunub.
məlumata əsasən, iranın cavab hücumları nəticəsində ölkədə 12 nəfər həlak olub, 200 nəfər yaralanıb və onlardan 7-nin vəziyyəti ağır qiymətləndirilir.
qeyd edək ki, iran rəsmilərinin açıqlamasına əsasən, abş və israilin hücumları nəticəsində ölkədə ümumilikdə 1332 nəfər həyatını itirib.























