iranın səhiyyə nazirliyi: indiyədək israilin hücumları nəticəsində 2800 nəfər yaralanıb

bakı, 20 iyun, arhd.media




iranın səhiyyə nazirliyi: indiyədək israilin hücumları nəticəsində 2800 nəfər yaralanıb


iyunun 13-dən bəri israilin iran ərazisinə endirdiyi hava zərbələri nəticəsində azı 2800 nəfər yaralanıb, onlardan 2 mini artıq xəstəxanalardan buraxılıb.

arhd.media xəbər verir ki, bu barədə iran səhiyyə nazirliyinin bəyanatında deyilir.

məlumata görə, iyunun 20-də baş verən hücumlar nəticəsində altı təcili yardım maşını zədələnərək sıradan çıxıb, həmçinin 14 tibb işçisi yaralanıb, iki nəfər isə həlak olub. nazirlik, eyni zamanda, iranda səhiyyə sahəsində heç bir problemin olmadığını bildirib.

bir müddət öncə, iranın hakimiyyət orqanları paytaxt tehrandakı xəstəxana binasının israil ordusunun raket atəşinə məruz qaldığı barədə məlumat yayıb.

xatırladaq ki, iyunun 13-nə keçən gecə israil ordusu irana kütləvi aviazərbələr endirməyə başlayıb. zərbələr zamanı iranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. tehran isə buna cavab olaraq israilin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və pua hücumu həyata keçirib. hücumlar nəticəsində hər iki tərəfin mülki əhalisi arasında itkilərin sayı artır. hazırda qarşılıqlı hava zərbələri davam edir.

Baxış sayı: 5 443

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə