"iran və abş arasında dolayı danışıqların ikinci mərhələsinin dəqiq tarixi hələ müəyyən edilməyib".
arhd.media -ın xəbərinə görə, bu barədə iranın xarici işlər naziri abbas əraqçı "əl-cəzirə" telekanalına müsahibəsində bildirib.
eyni zamanda, diplomat qeyd edib ki, həm tehran, həm də vaşinqton görüşün mümkün qədər tez baş tutması barədə razılığa gəliblər.
xatırladaq ki, abş-iran danışıqları fevralın 6-da omanda baş tutub.























