bakı, 2 iyul, arhd.media
kaya kallas irandan nüvə proqramı üzrə danışıqlara başlamağı tələb edib
iran nüvə proqramına son qoyulması üzrə danışıqları dərhal bərpa etməlidir.
arhd.media xəbər verir ki, avropa ittifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi kaya kallas bu tələbi iranın xarici işlər naziri abbas əraqçi ilə telefon danışığı zamanı səsləndirib.
“iran tehranın nüvə proqramına son qoyulması üzrə danışıqlara mümkün qədər tez başlamalı, atom enerjisi üzrə beynəlxalq agentlik ilə əməkdaşlığı bərpa etməlidir”, - deyə avropa diplomatiyasının rəhbəri vurğulayıb.
kaya kallas, həmçinin brüsselin iran ilə atom enerjisi üzrə beynəlxalq agentlik arasında əməkdaşlığın bərpasına yardım etməyə hazır olduğunu bildirib.
bir müddət öncə abbas əraqçi vaşinqtonun irana hücum etməyəcəyinə zəmanət verdikdən sonra tehranın nüvə sazişi üzrə danışıqları bərpa edəcəyini deyib. o əlavə edib ki, uranın zənginləşdirilməsi üzrə elmi bilikləri və texnologiyaları bombalamaqla məhv etmək mümkün deyil və tehran bu sahədə itkilərini bərpa etməyə qadirdir.























