bakı, 14 aprel, arhd.media
rəsmi tehran abş-la danışıqlar formatının dəyişdirilməsi ehtimalını istisna edir.
arhd.media xəbər verir ki, iran xarici işlər nazirliyinin rəsmi nümayəndəsi ismail bəqayinin sözlərinə görə, görüşlər yalnız vasitəçilərlə davam edəcək.
“tərəflərdən birinin təhdidlərə əl atmağa davam etdiyi bir şəraitdə birbaşa danışıqlar faydasız və səmərəsizdir. ona görə də biz əvvəllər seçilmiş formatdan istifadəni davam edəcəyik”, - deyə bəqayi mətbuat konfransı zamanı bildirib.
aprelin 12-də omanda iranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün tehran və vaşinqton nümayəndələri arasında danışıqlar keçirilib. iran nümayəndə heyətinə xarici işlər naziri abbas əraqçi, abş nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi stiven uitkoff başçılıq edib.
iran xin-in məlumatına görə, görüş konstruktiv, sakit şəraitdə keçib və tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. danışıqların ikinci turu aprelin 19-da olacaq.























