istanbul, 24 mart, arhd.media
türkiyədə keçirilən qanunsuz aksiyalar zamanı 123 polis əməkdaşı yaralanıb
istanbul böyükşəhər bələdiyyəsinə (ibb) qarşı başladılan araşdırma və ibb sədri əkrəm imamoğlunun həbsi ilə bağlı ölkənin müxtəlif bölgələrində keçirilən qanunsuz aksiyalar zamanı indiyədək 123 polis əməkdaşı yaralanıb.
arhd.media xəbər verir ki, bu barədə türkiyənin daxili işlər naziri ali yerlikaya açıqlayıb.
nazir bildirib ki, bu aksiyalar zamanı təxribatçıların polisə qarşı istifadə etdikləri kimyəvi və partlayıcı maddələr, daş, dəyənək, fişəng, balta və bıçaq ələ keçirilib. bu şəxslər barəsində hüquqi prosedurlar davam etdirilir.
bu gecə də davam edən aksiyalar zamanı təxribatçılar istanbulun fatih bölgəsində yerləşən şahzadə paşa məscidinə hücum edib, tikilinin bir çox yerləri, o cümlədən bəzi tarixi məzar daşlarını dağıdıblar. bu gün məscidi ziyarət edən istanbul valisi davut gül martın 19-dan 23-dək keçirilən qanunsuz aksiyalar zamanı 1133 şübhəli şəxsin saxlanıldığını, onlardan 12-nin fərqli terror təşkilatı ilə əlaqəli olduğunun müəyyən edildiyini bildirib. bundan əlavə, saxlanılan şəxslərin “narkotik”, “oğurluq”, “dələduzluq”, “cinsi istismar”, “qəsdən yaralama” kimi 17 fərqli cinayətlə bağlı hüquqi prosedurlara cəlb olunduqları müəyyən edilib.























