istanbul böyükşəhər bələdiyyəsinin sədri bu gün ikinci dəfə ifadə verib

istanbul, 22 mart, arhd.media



istanbul böyükşəhər bələdiyyəsinin sədri bu gün ikinci dəfə ifadə verib


istanbul prokurorluğu tərəfindən şəhərin böyükşəhər və rayon bələdiyyələri ilə bağlı başlatdığı iki istintaq işi davam edir.

arhd.media xəbər verir ki, bu çərçivədə istanbul böyükşəhər bələdiyyəsinin (ibb) sədri əkrəm imamoğlu və rayon bələdiyyələrinin sədrləri də daxil olmaqla 88 nəfərin ifadələri alınır. bu gün ibb sədri ikinci dəfə ifadə verib. ittihamlar arasında pkk/kck terror təşkilatına maddi dəstək vermək, saxta yollarla dövlət vəsaitinin mənimsənilməsi, şəhərdə keçirilən tenderlərə müdaxilə, xüsusi cihazlarla istanbulun bütün əhalisinin təqibə alınması, rüşvət kimi maddələr də var.

istintaqla bağlı əkrəm imamoğlunun saxlanılmasından sonra türkiyənin cümhuriyyət xalq partiyasının (chp) sədri özgür özəl əhalini bələdiyyə binasının qarşısına gələrək qanunsuz mitinq və aksiya keçirməyə çağırıb. bunun ardından artıq bir neçə gündür şəhərdə bir sıra təxribatlar törədən chp-lilər polis əməkdaşlarına daş, butulka kimi vasitələrlə hücumlar edib, pəncərələri sındıraraq bələdiyyə binasına daxil olublar. bu hadisələr zamanı bir çox polis əməkdaşı yaralanıb, 100-ə yaxın təxribatçı saxlanılıb.

hadisələrlə bağlı danışan türkiyə prezidenti rəcəb tayyib ərdoğan chp sədrinin tərəfdaşlarını çağırdığı yolun dalan olduğunu deyib. o, insanları bələdiyyələri talan edən qarətçilərin deyil, ətraflarındakı ağıl və vicdan sahiblərinin səsinə qulaq asmağa və məsuliyyətli davranmağa çağırıb.

türkiyənin daxili işlər naziri ali yerlikaya isə açıqlamasında “etdikləri çağırışlarla küçələri terror yerinə döndərməyə çalışanlar əsla əməllərinə çata bilməyəcəklər” ifadələrinə yer verib.

son hadisələrdən sonra chp fövqəladə qurultay keçirməklə bağlı qərar qəbul edib.

Baxış sayı: 6 767

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə