istanbul böyükşəhər bələdiyyəsinin sədrinin həbsinə qərar verilib

istanbul, 23 mart, günel karatepe, arhd.media


istanbul böyükşəhər bələdiyyəsinə (ibb) qarşı korrupsiya və terror araşdırması ilə bağlı aparılan məhkəmə prosesi başa çatıb. məhkəmə aralarında ibb sədri əkrəm imamoğlu da olmaqla 18 nəfərin həbsinə qərar verib.

arhd.media xəbər verir ki, dünən axşam saatlarında başladılan proses gecə boyunca dava edib və əkrəm imamoğlu da daxil olmaqla bütün şübhəlilərin yenidən ifadələri alınıb.

ittihamlar arasında pkk/kck terror təşkilatına maddi dəstək vermək, saxta yollarla dövlət vəsaitinin mənimsənilməsi, şəhərdə keçirilən tenderlərə müdaxilə, xüsusi cihazlarla istanbulun bütün əhalisinin təqibə alınması, rüşvət kimi maddələr də var.

bir neçə gün əvvəl başlayan proseslə bağlı türkiyənin cümhuriyyət xalq partiyasının (chp) sədri özgür özəl tərəfdarlarını ölkənin müxtəlif bölgələrində toplanaraq etiraz aksiyaları keçirməyə çağırıb. buna əsasən, bu gecə də istanbul və ankara başda olmaqla bir qrup chp-li ölkənin fərqli bölgələrində qanunsuz mitinqlər keçirməyə çalışıblar.

bununla bağlı açıqlama verən türkiyənin daxil işlər naziri ali yerlikaya bu gecə daha 323 təxribatçının saxlanıldığını, dövlətin malına zərər verməyi hədəfləyən heç bir təxribata izin verilməyəcəyini bildirib.

nazir bu gecə ibb qarşısında toplanan təxribatçılar tərəfindən polis əməkdaşlarına daş və butulka kimi vasitələrlə yanaşı, kimyəvi maddə atıldığını, ankarada isə bəzi təxribatçıların təhlükəsizlik qüvvələrinə balta kimi kəsici alətlərlə hücum edildiyini deyib.

Baxış sayı: 2 009

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə