bakı, 18 aprel, arhd.media
amea-nın akademik ziya bünyadov adına şərqşünaslıq institutunun iran filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru aybəniz həsənova beynəlxalq elm və sənət tədqiqat mərkəzinin (isarc) birləşmiş ərəb əmirliklərinin dubay şəhərində keçirdiyi 10-cu beynəlxalq dubay elmi tədqiqatlar və innovasiya konfransında iştirak edib.
institutdan arhd.media-a bildirilib ki, şərqşünas alim konfransa onlayn qoşularaq “gülüstan ostanının toponimləri” mövzusunda məruzə edib. indiyədək gülüstan ostanının toponimlərinin elmi şəkildə araşdırılmadığını deyən məruzəçi iranın şimal-şərqində yerləşən bu ostanın coğrafi mövqeyi, onunla həmsərhəd olan ostanlar barədə məlumat verib. gülüstan ostanının əhalisinin 60 faizinin türkmənlər, xorasan türkləri və azərbaycanlılar olduğunu bildirib. ostanın azadşəhr, ağqala, əliabad, gümüşan və digər şəhərləri barədə məlumat verən a.həsənova bu adların mənşəyinə diqqət çəkib.























