azərbaycan respublikası elm və təhsil nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında
azərbaycan respublikası prezidentinin sərəncamı
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, azərbaycan respublikası elm və təhsil nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması məqsədilə qərara alıram:
1. azərbaycan respublikasının nazirlər kabineti:
1.1. 2025-ci ilin sonunadək mərhələli şəkildə aşağıdakı tədbirlərin görülməsini təmin etsin və nəticəsi barədə azərbaycan respublikasının prezidentinə məlumat versin:
1.1.1. azərbaycan respublikası elm və təhsil nazirliyinin (bundan sonra – nazirlik) tabeliyində aşağıdakı publik hüquqi şəxslərin yaradılmasını:
1.1.1.1. geologiya və geofizika institutunun və neft və qaz institutunun əsasında geologiya institutunun;
1.1.1.2. akademik həsən əliyev adına coğrafiya institutunun və torpaqşünaslıq və aqrokimya institutunun əsasında coğrafiya institutunun;
1.1.1.3. fizika institutunun və radiasiya problemləri institutunun əsasında fizika institutunun;
1.1.1.4. akademik murtuza nağıyev adına kataliz və qeyri-üzvi kimya institutunun və akademik əli quliyev adına aşqarlar kimyası institutunun əsasında kimya institutunun;
1.1.1.5. idarəetmə sistemləri institutunun və riyaziyyat və mexanika institutunun əsasında riyaziyyat institutunun;
1.1.1.6. botanika institutunun və dendrologiya institutunun əsasında botanika institutunun;
1.1.1.7. zoologiya institutunun və akademik abdulla qarayev adına fiziologiya institutunun əsasında canlı sistemlərin tədqiqi institutunun;
1.1.1.8. molekulyar biologiya və biotexnologiyalar institutunun, mikrobiologiya institutunun və biofizika institutunun əsasında molekulyar biologiya institutunun;
1.1.1.9. müasir infrastruktura və beynəlxalq standartlara uyğun elmi tədqiqat və təcrübi istehsalat bazasına malik 2 (iki) yeni elmi müəssisənin;
1.1.2. nazirliyin tabeliyindəki polimer materialları institutunun sumqayıt dövlət universitetinin tabeliyinə verilməsini;
1.1.3. nazirliyin tabeliyindəki ekologiya və təbii ehtiyatlar institutunun (gəncə), bioresurslar institutunun (gəncə), aqrar problemlər institutunun (gəncə), nəbatat bağının (gəncə) gəncə dövlət universitetinin tabeliyinə verilməsini;
1.1.4. nazirliyin tabeliyindəki təbii ehtiyatlar institutunun (naxçıvan), bioresurslar institutunun (naxçıvan), batabat astrofizika rəsədxanasının (naxçıvan) naxçıvan dövlət universitetinin tabeliyinə verilməsini;
1.1.5. nazirliyin tabeliyindəki “nafta” elmi istehsalat birliyinin, “aşqar” elmi istehsalat birliyinin və “kompozit” elmi istehsalat birliyinin ləğv edilməsini;
1.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
2. azərbaycan respublikasının elm və təhsil nazirliyi bu sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
3. azərbaycan respublikasının maliyyə nazirliyi növbəti illərin dövlət büdcəsi layihələrində bu sərəncamın 1.1-ci bəndinə uyğun olaraq yeni yaradılacaq elmi müəssisələrin saxlanılması xərcləri ilə bağlı zəruri maliyyə vəsaitinin nəzərdə tutulmasını təmin etsin.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 4 aprel 2025-ci il
























