bu ilin ilk 4 ayında azərbaycandan ermənistana 9 milyon 646 min abş dolları dəyərində məhsul ixrac edilib.
“arhd.media” xəbər verir ki, bu barədə dövlət gömrük komitəsinin (dgk) məlumatında deyilir.
məlumata görə, bu göstərici azərbaycanın ümumi ixracının 0,08%-ni təşkil edib.
təkcə aprel ayında azərbaycandan ermənistana 3 milyon 889 min abş dolları dəyərində məhsul ixrac edildiyi bildirilir.
xatırladaq ki, dgk-nin daha əvvəl açıqladığı məlumata görə, bu ilin mart ayında azərbaycan ermənistandan 960 abş dolları dəyərində mal idxal edib. bu, son 35 ildə azərbaycanın ermənistandan ilk məhsul idxalı olub.























