bakı, 25 yanvar,  arhd.media


 

dövlət gömrük komitəsinin (dgk) 2024-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan kollegiya iclası keçirilib.

 arhd.media xəbər verir ki, bu barədə dgk mətbuat və ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.

iclasda çıxış edən dövlət gömrük komitəsinin sədri, gömrük xidməti general-leytenantı şahin bağırov bildirib ki, ölkəmizdə həyata keçirilən davamlı inkişaf strategiyasına uyğun olaraq 2024-cü ildə bütün sahələrdə olduğu kimi gömrük sistemində də qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində zəruri addımlar atılıb.

qeyd olunub ki, cari ildə də xidmət səviyyəsinin yüksəldilməsi, gömrük əməliyyatlarının sadələşdirilməsi, rəqəmsal həllərin genişləndirilməsi, əlçatanlığın, şəffaflığın təmin olunması istiqamətində gömrük orqanları qarşısında müəyyənləşdirilən tapşırıqların icrası davam etdiriləcək.

sonra kollegiyanın gündəliyindəki məsələlər müzakirə olunub.

“azərbaycan respublikası dövlət gömrük komitəsinin 2024-cü il ərzində fəaliyyətinin nəticələri haqqında” məruzə ilə dövlət gömrük komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru bəhruz quliyev çıxış edib.

bildirilib ki, ticarətin asanlaşdırılması konsepsiyası çərçivəsində rəqəmsal gömrük xidmətinin innovativ həllər hesabına genişləndirilməsi, sahibkar, vətəndaş, işçi məmnunluğunun təmin olunması prioritet istiqamətlər kimi müəyyənləşdirilib.

2024-cü il gömrük xətti ilə büdcə daxilolmalarında komitə tərəfindən dövlət büdcəsinə 6 milyard 648 milyon 703 min manat vəsaitin köçürülməsi təmin edilib ki, bu da illik proqnoza nisbətdə 213 milyon 700 min manat və ya 3,3% çoxdur.

ötən il ərzində 35 min 255 hüquqpozma faktının aşkar edildiyini bildirən komitə sədrinin birinci müavini vurğulayıb ki, bunlardan 1278-i cinayət xarakterli, 33 min 977-si inzibati xəta faktlarıdır.

hesabat ilində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkar olunub və ümumilikdə 379 kiloqram 127 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.

həmçinin iclasda bakı baş gömrük idarəsinin rəisi elmir ramazanov, naxçıvan baş gömrük idarəsinin rəisi vüqar əliyev, tovuz gömrük idarəsinin rəisi pərviz qədirovun məruzələri dinlənilib, dövlət gömrük komitəsi aparat rəhbərinin müavini kənan əsədov tərəfindən 2024-cü ilin nəticələrinin müqayisəli təhlilinə dair təqdimat nümayiş etdirilib.

iclasda “gömrük xidmətinin fəaliyyət proqramı” çərçivəsində tətbiq olunan layihələrin icra vəziyyəti haqqında gəncə gömrük idarəsinin rəisi şamil həsənli, xaçmaz gömrük idarəsinin rəisi pərviz rəhimov, baş gömrük mühafizə xidmətinin rəisi mübariz mustafayev, balakən gömrük idarəsi rəisinin müavini kamran yusifov məruzələrlə çıxış ediblər.

daha sonra dövlət gömrük komitəsinin “2025-2030-cu illər üçün inkişaf strategiyası” əsasında tərtib olunan 2025-ci il üçün iş planı müzakirə edilərək təsdiq olunub.

sonda dövlət gömrük komitəsinin sədri şahin bağırov gömrük orqanlarının müxtəlif sahələr üzrə fəaliyyətindən danışaraq tapşırıq və tövsiyələrini verib.

Baxış sayı: 1 365

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə