“vasitəçilik bu münaqişəni alovlandıranlara yönəlməlidir”.
“arhd.media” xəbər verir ki, bu barədə iran prezidenti məsud pezeşkian “x” sosial şəbəkəsindəki hesabında yazıb.
“bəzi ölkələr vasitəçilik səylərinə başlayıblar. onlara cavabımız aydındır: biz regionda davamlı sülhə sadiqik, lakin xalqımızın ləyaqətini və suverenliyi tərəddüd etmədən müdafiə edirik. vasitəçilik iran xalqını lazımınca qiymətləndirməyənlərə və bu münaqişəni alovlandıranlara yönəlməlidir”, - paylaşımda deyilir.






















