xankəndi, 4 iyul, arhd.media
xankəndidə azərbaycan prezidenti ilham əliyevlə iran prezidenti məsud pezeşkianın görüşü olub
iyulun 4-də xankəndidə azərbaycan respublikasının prezidenti ilham əliyevlə iran islam respublikasının prezidenti məsud pezeşkianın görüşü olub.
arhd.media xəbər verir ki, dövlət başçıları söhbət zamanı azərbaycanla iranın dost, qonşu, qardaş ölkələr olduqlarını vurğulayaraq, ölkələrimiz arasında mədəni, etiqad, ənənələr, etnik baxımdan qohumluq və qardaşlıq əlaqələrinin mövcudluğunu qeyd etdilər.
dövlətimizin başçısı dəvəti qəbul edib iqtisadi əməkdaşlıq təşkilatının 17-ci zirvə görüşündə iştirakına görə iran islam respublikasının prezidenti məsud pezeşkiana təşəkkürünü bildirdi, onun bu səfərinin və keçirilən görüşün azərbaycan-iran ikitərəfli əlaqələrinin, həmçinin iqtisadi əməkdaşlıq təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından əhəmiyyətli olduğunu dedi.
məsud pezeşkianın bu ilin aprelində ölkəmizə rəsmi səfərinin ikitərəfli əlaqələrimizdə yeni səhifə açdığını vurğulayan prezident ilham əliyev həmin səfər zamanı müzakirə olunan mövzuların həyata keçirilməsi üçün hökumətlərarası komissiyanın rəhbərləri və aidiyyəti dövlət qurumları tərəfindən ardıcıl surətdə işlərin aparıldığını qeyd etdi.
dövlətimizin başçısı israillə iran arasında qarşıdurmanın baş verməsindən dərhal sonra irana qarşı olan bu hərəkətlərin azərbaycan respublikası xarici işlər nazirliyi tərəfindən qınanıldığını bildirdi. prezident ilham əliyev bu qarşıdurmada iranın rəsmi və mülki şəxslərinin həlak olması ilə əlaqədar bir daha azərbaycan tərəfinin iran xalqına başsağlığını çatdırdı, azərbaycan dövlətinin və xalqının iran dövləti və xalqı ilə həmrəyliyini, dəstəyini ifadə etdi. dövlətimizin başçısı azərbaycanın həmişə haqq-ədalətin tərəfdarı olduğunu vurğuladı. prezident ilham əliyev qeyd etdi ki, müsəlman ölkələri, o cümlədən qonşu dövlətlər ilə əlaqələrin inkişaf etdirilməsi azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biridir.
iqtisadi əməkdaşlıq təşkilatının zirvə görüşünün azərbaycanda, xankəndi şəhərində təşkil edilməsini və gələn il islam əməkdaşlıq təşkilatının zirvə görüşünün ölkəmizdə keçiriləcəyini vurğulayan dövlətimizin başçısı bütün bunları islam dünyası tərəfindən ölkəmizə olan etimadın və hörmətin növbəti nümunəsi kimi qiymətləndirdi.
iran islam respublikasının prezidenti də iqtisadi əməkdaşlıq təşkilatının zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırdı.
azərbaycana rəsmi səfərini və keçirilmiş görüşləri məmnunluqla xatırlayan məsud pezeşkian səfərin nəticəsi olaraq azərbaycan-iran əlaqələrində yeni səhifənin açıldığını vurğuladı, bu xüsusda, artıq bakı ilə tehran, bakı ilə təbriz arasında təyyarə reyslərinin artırılmasını, ağbənd-kəlalə avtomobil yolu körpüsünün tikintisi istiqamətində işlərin aparılmasını qeyd etdi və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxundu.
iran prezidenti israillə baş vermiş qarşıdurma zamanı azərbaycanın göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirdi.
görüşdə qarşılıqlı maraq doğuran məsələlərə, həmçinin eco çərçivəsində əlaqələrin genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıldı.

























