azərbaycanda əmək pensiyaları indeksləşdirilir – sərəncam

azərbaycanda əmək pensiyaları indeksləşdirilir – sərəncam

bakı, 5 fevral, arhd.media


prezident ilham əliyev “əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncam imzalayıb.

arhd.media xəbər verir ki, sərəncamda əmək və əhalinin sosial müdafiəsi nazirliyinə 2025-ci il yanvarın 1-nə 2024-cü il üzrə dövlət statistika komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2025-ci il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.

nazirlər kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

bu sərəncam 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Baxış sayı: 3 411

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə