əmək pensiyalarının indeksləşdirilməsi haqqında
azərbaycan respublikası prezidentinin sərəncamı
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, azərbaycan respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə “əmək pensiyaları haqqında” azərbaycan respublikası qanununun 6.2-ci, 29.1-ci və 29.1-1-ci maddələrinə uyğun olaraq qərara alıram:
1. azərbaycan respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirliyinə tapşırılsın ki, 2025-ci il yanvarın 1-nə 2024-cü il üzrə azərbaycan respublikası dövlət statistika komitəsinin müəyyən etdiyi:
1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2025-ci il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların;
1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.
2. azərbaycan respublikasının nazirlər kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. bu sərəncam 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 5 fevral 2025-ci il






















