bakı, 29 aprel, arhd.media
iqtisadiyyat naziri mikayıl cabbarov pakistanın baş nazirinin müavini, xarici işlər naziri məhəmməd ishaq dar ilə videokonfrans formatında görüşüb.
nazirlikdən arhd.media-a bildirilib ki, iki dost ölkə arasında əlaqələr qarşılıqlı etimad şəraitində möhkəmlənir, müxtəlif sahələrdə münasibətlər yüksələn xətlə inkişaf edir.
görüşdə azərbaycan-pakistan tərəfdaşlığının iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün yaratdığı imkanlar, birgə layihələrin reallaşdırılması perspektivləri barədə fikir mübadiləsi aparılıb.
bundan başqa, tərəflər ticarət əlaqələrinin və qarşılıqlı sərmayələrin intensiv təşviqi istiqamətində müzakirələr aparıblar.

























