bakı, 9 aprel, arhd.media




azərbaycan və pakistan arasında sərmayələrin artırılması imkanları müzakirə edilib


azərbaycan nümayəndə heyəti pakistana səfər edib. iqtisadiyyat naziri mikayıl cabbarovun rəhbərlik etdiyi azərbaycan nümayəndə heyətinin pakistan islam respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirilib, müzakirələr aparılıb.

nazirlikdən arhd.media-a bildiriblər ki, pakistan islam respublikasının baş naziri şahbaz şərif iqtisadiyyat naziri mikayıl cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

qəbulda azərbaycan-pakistan əməkdaşlığının ölkə liderləri tərəfindən müəyyənləşdirilmiş istiqamətləri və iqtisadi əlaqələrin gücləndirildiyi vurğulanıb. azərbaycanla pakistan əlaqələrinin starteji tərəfdaşlıq səviyyəsində olmasından məmnunluq bildirilib. qeyd edilib ki, iki dost və qardaş ölkə arasında əlaqələr qarşılıqlı etimad şəraitində möhkəmlənir, müxtəlif sahələrdə münasibətlər yüksələn xətlə inkişaf edir. iqtisadi-ticari, enerji, qeyri-neft-qaz və digər sahələrdə səmərəli əməkdaşlıq üçün hər iki tərəfin geniş potensialının olduğu vurğulanıb.

iqtisadiyyat naziri mikayıl cabbarov pakistan baş nazirinin müavini, xarici işlər naziri məhəmməd ishaq dar ilə görüşüb. müzakirələrdə iki qardaş xalq arasında ticarətin, investisiyaların və uzunmüddətli iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

azərbaycan-pakistan iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi üçün perspektivlər, həmçinin tərəflər arasında iqtisadi potensialın reallaşdırılması imkanları nəzərdən keçirilib. ölkələrimizin iqtisadi sahədə birgə fəaliyyətinin gündəmində olan məsələlər, qarşılıqlı investisiyaların təşviqi, xüsusilə infrastruktur, enerji və it kimi sektorlarda daha geniş təşəbbüslər üçün katalizator rolunu oynaya biləcək prioritet layihələrin reallaşdırılmasına maraq ifadə olunub.

iqtisadiyyat naziri mikayıl cabbarov pakistanın xüsusi investisiyaların asanlaşdırılması şurasının milli koordinatoru, general-leytenant sarfaraz əhməd ilə görüşüb.

iki ölkə arasında biznes tərəfdaşlığının şaxələndirilməsi, işgüzar dairələr arasında işbirliyinin dəstəklənməsi, enerji, infrastruktur, mədənçilik və digər sahələrdə yeni investisiya layihələrinin icrası, həmçinin sərmayələrin artırılması imkanları barədə fikir mübadiləsi aparılıb.

görüşdə, həmçinin azərbaycanın uzunmüddətli strateji təşəbbüslərindən bəhs edilib, regional və qlobal layihələr, habelə reallaşdırılan investisiya layihələri barədə məlumat verilib. bu xüsusda, pakistanın işgüzar dairələri ilə potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

Baxış sayı: 5 468

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə