“məktəbəqədər təhsil haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikasının qanunu
azərbaycan respublikasının milli məclisi azərbaycan respublikası konstitusiyasının 94-cü maddəsinin i hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“məktəbəqədər təhsil haqqında” azərbaycan respublikası qanununun (azərbaycan respublikasının qanunvericilik toplusu, 2017, № 6, maddə 1012 (cild i) 4.0.6-cı maddəsinə “məktəbəqədər” sözündən əvvəl “dövlət və bələdiyyə tərəfindən yaradılan” sözləri əlavə edilsin.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 29 dekabr 2024-cü il






















