“istehlakçıların hüquqlarının müdafiəsi haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2024-cü il 16 dekabr tarixli 105-viiqd nömrəli qanununun tətbiqi haqqında
azərbaycan respublikası prezidentinin fərmanı



 

azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “istehlakçıların hüquqlarının müdafiəsi haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2024-cü il 16 dekabr tarixli 105-viiqd nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. müəyyən edilsin ki:

1.1. “istehlakçıların hüquqlarının müdafiəsi haqqında” azərbaycan respublikası qanununun 29-1.1-ci və 29-1.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini azərbaycan respublikasının prezidenti həyata keçirir;

1.2. həmin qanunun 29-1.2-ci maddəsində “orqan (qurum)” dedikdə azərbaycan respublikasının nazirlər kabineti nəzərdə tutulur;

1.3. həmin qanunun 29-1.1-ci maddəsində “orqan (qurum)” dedikdə azərbaycan respublikasının iqtisadiyyat nazirliyi nəzərdə tutulur.

2. azərbaycan respublikasının nazirlər kabineti:

2.1. “istehlakçıların hüquqlarının müdafiəsi haqqında” azərbaycan respublikası qanununun 29-1.2-ci maddəsinə uyğun olaraq, alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydasını iki ay müddətində təsdiq edib azərbaycan respublikasının prezidentinə məlumat versin;

2.2. “istehlakçıların hüquqlarının müdafiəsi haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2024-cü il 16 dekabr tarixli 105-viiqd nömrəli qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. azərbaycan respublikasının iqtisadiyyat nazirliyi “istehlakçıların hüquqlarının müdafiəsi haqqında” azərbaycan respublikası qanununun 29-1.1-ci maddəsinə uyğun olaraq, alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiyməti bu fərmanın 2.1-ci bəndində nəzərdə tutulan normativ hüquqi akt təsdiq edildikdən sonra üç ay müddətində müəyyən edib azərbaycan respublikasının prezidentinə məlumat versin.

 



ilham əliyev

azərbaycan respublikasının prezidenti

bakı şəhəri, 27 yanvar 2025-ci il

Baxış sayı: 4 350

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə