omanın sultanı heytəm bin tariq al səiddən
azərbaycan respublikasının prezidenti zati-aliləri cənab ilham əliyevə
zati-aliləri.
mübarək ramazan bayramı münasibətilə sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluğumuzu bildiririk.
zati-alinizə cansağlığı və xoşbəxtlik, dost azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayırıq.
uca allahdan diləyimiz budur ki, islam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etsin.
hörmətlə,
heytəm bin tariq al səid
omanın sultanı























