bakı, 31 mart, arhd.media
əlcəzair prezidenti ramazan bayramı münasibətilə prezident ilham əliyevi təbrik edib
əlcəzair xalq demokratik respublikasının prezidenti abdelmacid tebbun ramazan bayramı münasibətilə azərbaycan respublikasının prezidenti ilham əliyevə təbrik məktubu ünvanlayıb.
arhd.media xəbər verir ki, məktubda deyilir:
“müqəddəs ramazan bayramı münasibətilə əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş xalqınıza daha böyük tərəqqi və rifah arzulayıram. uca allahdan bu bayramı bizə və bütün islam ümmətinə əmin-amanlıq, xeyir və bərəkət ilə yenidən nəsib etməsini diləyirəm.
bu əlamətdar bayram münasibətilə qardaş xalqlarımızın mənafeyinə uyğun olaraq ölkələrimiz arasındakı qardaşlıq əlaqələrini gücləndirmək, islam ümmətimizin rifah və sabitlik şəraitində tərəqqisinə töhfə vermək öhdəliyinə sadiqliyimizi bir daha ifadə etmək istəyirəm.
zati-aliləri, əziz qardaşım, ən yüksək ehtiramımı və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.





















