bakı, 29 mart, arhd.media
prezident ilham əliyev ramazan bayramı münasibətilə paylaşım edib
azərbaycan prezidenti ilham əliyev ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.
arhd.media xəbər verir ki, dövlət başçısının paylaşımında deyilir: “əziz bacı və qardaşlarım! sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram. allah orucunuzu və dualarınızı qəbul etsin. ramazan bayramınız mübarək olsun!”.






















