ağdərə, 18 mart, arhd.media


azərbaycan respublikasının prezidenti ilham əliyev və birinci xanım mehriban əliyeva martın 18-də ağdərə rayonunun həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.

arhd.media xəbər verir ki, dövlətimizin başçısı sakinlərlə görüşüb söhbət etdi.

prezident ilham əliyev: salaməleyküm. xoş gördük, bayramınız mübarək olsun!

sakinlər: salam, xoş gəlmisiniz, sizin də bayramınız mübarək olsun, ramazan bayramınız da mübarək.

prezident ilham əliyev: necəsiniz?

sakinlər: xoş gəlmisiniz, cənab prezident, sizinlə həmsöhbət olmaq bizim üçün şərəfdir. xoş gəlmisiniz.

prezident ilham əliyev: siz də xoş gəlmisiniz. nə vaxt gəlmisiniz?

kişi sakin: biz mart ayının əvvəlindən - 3-dən buradayıq.

prezident ilham əliyev: artıq yerləşmisiniz.

kişi sakin: bəli, yerləşmişik, çox gözəldir. inanın ki, bura həmişə arzumuzda olub, o dağların arxasından buraya həsrətlə baxmışıq. indi hər şey gerçəkliyə çevrilib.

qadın sakin: allah sizdən razı olsun ki, bu günü bizə yaşatdınız.

prezident ilham əliyev: sağ olun. bu gözəl bayram günündə artıq sizinlə birlikdə burada olmaq mənim üçün də çox xoşdur. həsənriz kəndi qədim azərbaycan kəndidir, bilirsiniz. burada azərbaycan xalqı əsrlər boyu yaşayıb, hətta çar rusiyası dövründə dərc edilmiş xəritələrdə həsənrizin adı var - həsənriz kəndi. qanunsuz olaraq dağlıq qarabağ muxtar vilayəti yaradılandan sonra ermənilər başqa yerlərdən gətirilərək burada məskunlaşdırıldı və bunun adı da dəyişdirildi. artıq adını da bərpa etdik, tarixi ədaləti də bərpa etdik, azərbaycan xalqı da buraya qayıdıb, indi rahat, xoşbəxt yaşayacaq.

kişi sakin: ədalət də bərpa olundu. hamısı sizin sayənizdə.

qadın sakin: allah sizi qorusun, ailənizi qorusun. sizin və güclü siyasətinizin sayəsində biz bu gün firavan yaşayırıq.

digər kişi sakin: 33 ildən sonra bizi doğma vətənə, ata-baba yurduna qaytarmağınız bizim üçün böyük səadətdir, eyni zamanda, elimiz-obamız üçün yeni həyatın başlanğıcıdır. dediyiniz kimi, bu bölgələr bizim ulu babalarımızın vətəni olub. o cümlədən onu da qeyd edim ki, bizim əzəli və əbədi düşmənlərimiz bu bölgəni böyük güclər hesabına işğal etmişdir. amma sizin komandanlığınız altında azərbaycan ordusu cəmi-cümlətanı 23 saata işğala son qoymuşdur. çox sağ olun, cənab prezident, siz azərbaycan xalqının, o cümlədən dövlətimizin gücünü dünyaya bəyan etdiniz.

prezident ilham əliyev: sağ olun, biz tarixi ədaləti bərpa etməli idik, beynəlxalq hüququ bərpa etməli idik və öz haqqımızı bərpa etməli idik. ona görə ikinci vətən müharibəsindən keçən üç il ərzində biz gələcək planlarımız haqqında həm düşünürdük, həm çalışırdıq və əlbəttə ki, separatçıların hər hansı bir formada bu bölgədə qalmaları qeyri-mümkün idi. biz burada məskunlaşdırılmış erməni əhalisinə də o vaxt təklif etmişdik ki, gəlin, azərbaycan bayrağı altında yaşayın, azərbaycan vətəndaşlığını qəbul edin və burada sizə söz deyən olmayacaq. bu gün də xankəndi şəhərində erməni əhalisi var, onlara söz deyən yoxdur, əksinə, bizim sosial işçilərimiz onlara qayğı göstərirlər. bax, bizim xalqımızın böyüklüyü bundan ibarətdir. onlar isə bizi bu torpaqlardan, qədim torpaqlarımızdan didərgin salmışdılar, soyqırımı törətmişlər, azərbaycan xalqına olmazın əzablar vermişdilər, xalqımızın böyüklüyü məhz bundadır. biz haqlı olan tərəfik, həm işğal dövründə öz haqq səsimizi ucalda bilmişik və bütün dünyaya sübut edə bilmişik ki, bu, bizim tarixi və hüquqi torpağımızdır. həm də ikinci qarabağ müharibəsi dövründə baxmayaraq ki, ermənistanın arxasında bir çox ölkələr, bir çox qüvvələr dayanmışdı, heç kim bizə əsaslı irad tuta bilməmişdi. çünki biz beynəlxalq hüquq çərçivəsində öz torpağımızda müharibə aparırdıq. o cümlədən cəmi bir neçə saat çəkən antiterror əməliyyatı zamanı da bizə qarşı siyasi, ondan sonra digər hərəkətlər olsa da, onların heç bir nəticəsi olmadı. beynəlxalq təşkilatlarda ermənistanın havadarları azərbaycana qarşı sanksiyalar tətbiq etməyə, digər addımlar atmağa çalışdılar, buna nail ola bilmədilər. haqq-ədalət bizim tərəfimizdədir. həsənrizin azad olunmasının təməli məhz ikinci qarabağ müharibəsi zamanı qoyulmuşdur. o vaxt artıq qarabağın böyük hissəsi işğalçılardan azad edilmişdir. ikinci qarabağ müharibəsindən sonra bir neçə əməliyyat nəticəsində mövqelərimizi daha da yaxşılaşdırdıq ki, ən qısa müddət ərzində az itki verməklə bütün qalan yerləri də nəzarətə götürək. bu gün həsənrizdə ilaxır çərşənbə günündə görüşürük. sizi, azərbaycan xalqını bayram münasibətilə təbrik edirəm. ramazan bayramı da gəlir, novruz bayramı da gəlir, bu gözəl bayram günündə, bayramlar ərəfəsində sizinlə görüşmək böyük məmnuniyyət doğurur.

sakinlər: sizin də bayramlarınızı təbrik edirik. siz ali baş komandan kimi qələbəni təmin etdiniz.

prezident ilham əliyev: allah şəhidlərimizə rəhmət eləsin, biz bu torpaqları onların qanı-canı bahasına azad etmişik.

kişi sakin: bu kənddən çıxanda o murov yolunda nə zillətlər görən camaat indi toy-bayramla qayıtdı. 34 ildən sonra hamı sevinclə buraya qayıtdı.

prezident ilham əliyev: o vaxt işğal dövründə camaat buradan murov yolu ilə çıxmışdı?

kişi sakin: bəli, qoca qadın evdə yanıb, çarpayıda sümükləri qalmışdı. o, mənim nənəm idi. o cür əziyyətlər yaşamışıq.

prezident ilham əliyev: o tərəf, yəni artıq buradan keçmək mümkün deyildi, bağlanmışdı? suqovuşan tərəf də bağlanmışdı?

kişi sakin: bütün buralar bağlı idi, yalnız murov dağından kəlbəcər tərəfdən nə zülmlərlə.

prezident ilham əliyev: uzaq yoldu, neçə kilometr olar? 40-50 kilometr olar?

kişi sakin: 58 kilometr hələ kəlbəcərlə sərhədə qədərdir.

digər kişi sakin: şükür bu günə, sizin, ordumuzun sayəsində qayıtmışıq.

prezident ilham əliyev: burada evlər bərpa edildi, yeni evlər də tikiləcək. indi, birinci mərhələdə 163 ailə yerləşəcək.

prezidentin xüsusi nümayəndəsi elçin yusubov: cənab prezident, ümumiyyətlə, burada 606 ev var. ilkin olaraq 92 evi təmir etmişik, 50 ailə artıq köçüb. yəqin ayın sonuna 40 ailə də köçəcək. ondan sonra da iki mərhələdə 192 ev. amma təklif edərdik ki, bütün infrastruktur bərpa edilsin.

prezident ilham əliyev: bütün, hamısını. bəli, hamısını. siz təklif verin, onların hamısını bərpa edək. çünki mənə verilən məlumata görə, artıq burada həm həsənrizdə, həm də kəlbəcər rayonunda yaşamış insanlar yerləşir.

prezidentin xüsusi nümayəndəsi elçin yusubov: artıq buraya köçmək üçün 360 nəfər siyahıya alınıb.

prezident ilham əliyev: bura çox gözəl, səfalı yerlərdir.

kişi sakin: şuşa ilə bərabər yerdir, relyefi də oxşardır.

prezident ilham əliyev: bəli, şuşadan üstünlüyü ondadır ki, sərsəng su anbarı da var, orada balıq tutmaq olar. iş yerləri ilə bağlı nə işlər görülür?

prezidentin xüsusi nümayəndəsi elçin yusubov: böyük kənd olduğuna görə burada 13 təsərrüfat subyekti ilə, obyektlərlə bağlı müraciətlər olub. bundan başqa, yaxın yerlərdə, icazə versəydiniz, fermalar var, o fermaları icarə verərdik.

prezident ilham əliyev: əlbəttə. bir də ki, əkin sahələri verilməlidir, əkin-biçinlə məşğul olsunlar. heyvandarlıq üçün bura ən yaxşı yerdir.

kişi sakin: bu sakinlər hamısı heyvandarlıqla məşğul olublar. cənab prezident, əmin edim ki, bizim kənddə müxalifətçi olmayıb. bizim kəndin camaatından bir adam fikirləşə bilmirdi ki, kimsə müxalifətçi olub. heç vaxt. hamımız təsərrüfatla, dövlətə qulluqla məşğul olmuşuq. indi də inanmıram, görməmişik, eşitməmişik.

prezident ilham əliyev: olsa da bir problem yoxdur. əsas dövlətə, dövlətçiliyə müxalifətdə olmasınlar.

kişi sakin: ümumiyyətlə, bizə gülünc gəlir.

prezident ilham əliyev: özlərini müxalifətçi adlandıran bəziləri dövlətə qarşı, o cümlədən ikinci qarabağ müharibəsi dövründə, antiterror əməliyyatı dövründə, indinin özündə ermənilərlə birləşib. bu, dövlətə qarşı düşmənçilikdir və əslində, xəyanətdir.

kişi sakin: bəli, bəli, xəyanətdir.

prezident ilham əliyev: ona görə burada yaxşı təsərrüfatlar qurulmalıdır. indi bizim iqtisadiyyat nazirliyinin xətti ilə kredit xətləri açılmalıdır ki, kim mal-qara saxlamaq, əkin-biçinlə məşğul olmaq istəyir, burada su problemi olmamalıdır.

prezidentin xüsusi nümayəndəsi elçin yusubov: düzdür cənab prezident, bunlarla məşğul oluruq, su problemi də yoxdur.

prezident ilham əliyev: bulaqlar var?

prezidentin xüsusi nümayəndəsi elçin yusubov: gözəl suyu var.

prezident ilham əliyev: işıq var, qaz var, su da var, internet, istilik.

prezidentin xüsusi nümayəndəsi elçin yusubov: hər həyətdə su var. su, işıq, qaz, 500 nəfərlik məktəb, internet. təmir olunan evlərin hamısında istilik.

prezident ilham əliyev: məktəb də budur, onu da təmir etmişik.

kişi sakin: bəli, xəstəxanamız da var.

prezident ilham əliyev: əlavə nə lazımdır?

kişi sakin: sizin sağlığınız.

qadın sakin: sizinlə qürur duyuruq hər zaman. insan həm sevinir, həm qürurlanır.

prezident ilham əliyev: harada yaşamısınız? laçınlısan?

qadın sakin: bəli, atam da birinci qrup qarabağ qazisidir. bir qazi övladı olaraq sizə, birinci vitse-prezidentimiz mehriban xanım əliyevaya minnətdarlığımı bildirirəm ki, hər zaman şəhid ailələrinə və qazilərimizə dəyər vermisiniz.

prezident ilham əliyev: bayramınız mübarək olsun.

sakinlər: bayramınız mübarək olsun, allah sizi qorusun cənab prezident!

prezident ilham əliyev: burada birlikdə şəkil çəkdirək.

mehriban xanım əliyeva: tonqal da görünəcək.

x x x

sonra dövlətimizin başçısı və birinci xanım kənd sakinləri ilə birlikdə novruz tonqalını alovlandırdılar.

x x x

prezident ilham əliyev: rahat yaşayın, xoşbəxt yaşayın. siz 30 il əzab-əziyyət içində idiniz. həm mənəvi əzab, həm də ki, qaçqın-köçkün kimi. o söz də artıq yavaş-yavaş lüğətimizdən çıxır.

sakin: ulu öndər heydər əliyev vaxtilə deyirdi ki, azərbaycan cəmiyyəti lazım gələrsə, istənilən çətinliyə tab gətirməyi bacarmalıdır. məhz müstəqillik, azadlıq, güclü dövlət naminə. biz qələbə əldə etdikdə bir daha əmin olduq ki, ulu öndər nə qədər gözəl, qiymətli fikirlər söyləmişdir, ruhu şad olsun.

prezident ilham əliyev: bəli, elədir. o vaxt azərbaycan xalqının tələbi ilə hakimiyyətə gəlməsəydi, azərbaycan tam məhv ola bilərdi. əslində, 1993-cü ilə qədər gedən proseslər ona gətirib çıxarırdı. həm torpaqlarımızın işğal altına düşməsi, həm daxili çəkişmələr, vətəndaş müharibəsi. bütün bunların qarşısını ulu öndər almışdı və nizami ordu quruculuğu da onun adı ilə bağlıdır. biz - onun davamçıları, sadəcə olaraq, onun yolu ilə gedərək ölkəmizi daha da gücləndirdik, bütün gücümüzü səfərbər etdik, “dəmir yumruğ”u yaratdıq, düşmənin başını əzdik, indi belə bayramları burada qeyd edirik. bundan böyük xoşbəxtlik ola bilməz. bir daha təbrik edirəm sizi. bir daha bayramınız mübarək.

sakinlər: çox sağ olun. uğurlar, sizin də bayramınız mübarək.

x x x

sonra dövlətimizin başçısı və birinci xanım həsənriz kəndindəki bayraq meydanında oldular. burada üçrəngli bayrağımız 17 metr hündürlüyündə dirəkdə dalğalanır. bayraq meydanının yeri elə seçilib ki, buradan həsənriz kəndi ilə yanaşı, digər kəndlərə də gözəl mənzərə açılır.

Baxış sayı: 4 388

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə