bakı, 24 yanvar, arhd.media
yanvarın 23-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
daxili işlər nazirliyinin mətbuat xidmətindən arhd.media-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 90, o cümlədən borclu şəxs qismində axtarışda olan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
narkotiklərlə əlaqədar 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.
cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.






















