bakı, 23 yanvar, arhd.media
yanvarın 22-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
daxili işlər nazirliyinin (din) mətbuat xidmətindən arhd.media-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 95 fakt müəyyən edilib.
cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.






















