bolqarıstanın samokov şəhərində güləş üzrə u17 avropa çempionatına start verilib.
“arhd.media” xəbər verir ki, ilk yarış günündə yunan-roma güləşi üzrə 48, 55, 65, 80 və 110 kq-da finalçılar müəyyənləşib.
ömər salmanov (48 kq) türkiyəli şamil şahan (8:1), çexiyalı simon sritr (8:0) və macarıstanlı benedek tombora (9:0) qalib gələrək finala yüksəlib. həmyerlimiz sabah həlledici görüşdə rusiyalı artyom tkaçenkoyla güləşəcək.
qurban məcnunov (55 kq) polşalı yakub şkripçak (9:0), gürcüstanlı giorgi kedelidze (5:3), ukraynalı raxman qamidov (11:2) və norveçli abu bakar saqaya (9:0) qalib gələrək adını finala yazdırıb. güləşçimiz sabah çempionluq uğrunda son qarşılaşmada rusiyalı edem payziyevlə mübarizə aparacaq.
orxan həbibli (65 kq) bolqarıstanlı antoan tsvetanovu (7:1) yarışdan kənarlaşdırsa da, 1/4 finalda rusiyalı aslan dzuevə 4:8 hesabıyla uduzub. rəqib finala yüksəldiyi üçün millimizin üzvü sabah təsəlliverici görüşə çıxacaq. rəqib dionisios bulutidis (yunanıstan) – qabriel lunqu (rumıniya) qarşılaşmasının qalibi olacaq.
zəka yusubov (80 kq) rumıniyalı robert kukiureana (8:0) və rusiyalı yeqor kuropiatnikova (7:6) qalib gəldikdən sonra 1/4 finalda ukraynalı danyil melniçuka minimal fərqlə məğlub olub – 3:4.
məhəmməd mustafayev (110 kq) debütdə ukraynalı maksim sokolyuka müqavimət göstərə bilməyib – 0:9.























