azərbaycan güləşçiləri avropa çempionatında daha beş medal qazanıblar

bakı, 10 mart, arhd.media


azərbaycan güləşçiləri avropa çempionatında daha beş medal qazanıblar


albaniyanın paytaxtı tiranada güləş üzrə u-23 avropa çempionatı davam edir.

arhd.media xəbər verir ki, bu gün sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kiloqramlarda medalçılar müəyyənləşib.

ceyhun allahverdiyev (61 kiloqram) finalda ermənistanlı levik mikayelyana 1:2 hesabıyla məğlub olub və u23 avropa çempionatında gümüş medal qazanıb.

ağanəzər novruzov (74 kiloqram) həlledici görüşdə rusiyalı ismayıl xaniyevlə qarşılaşıb. ilk hissədə 0:5 geri düşən həmyerlimiz görüşün sonlarında fəallaşıb. rəqibindən 4 xal almağı bacaran novruzov minimal fərqlə məğlub olub və fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

arseniy djioyev (86 kiloqram) finalda fransalı raxim maqamadovla üz-üzə gəlib. görüşün əvvəlindən sonunadək dominant olan təmsilçimiz 9:2 hesablı qələbəylə avropa çempionu olub və tiranada himnimizi səsləndirib.

sadiq mustafazadənin (92 kiloqram) bürünc medal uğrunda gürcüstanlı sandro kuraşviliylə qarşılaşması gərgin mübarizə şəraitində keçib. rəqibini 5:3 hesabıyla üstələyən sadiq bürünc medalı boynundan asıb.

yusif dursunov (125 kiloqram) gündüz seansında baş tutan təsəlliverici görüşdə rusiyalı artyom puxovskini mübarizədən kənarlaşdırıb – 4:2. həmyerlimiz axşam seansında türkiyəli efe ala isə “tuş”la qalib gələrək üçüncü yeri tutub.

Baxış sayı: 4 941

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə