Misli Premyer Liqasında XXX tura start verilir.


“ARHD.MEDiA” xəbər verir ki, ilk oyun günü iki qarşılaşma keçiriləcək.


Günün ilk oyununda "Kəpəz" "Sumqayıt"ı qəbul edəcək. Yevlax şəhər stadionunda baş tutacaq görüşün start fiti 16:00-da səslənəcək. Matçın baş hakimi Əli Əliyev olacaq.


"Sumqayıt" 38 xalla yeddinci, "Kəpəz" 21 xalla onuncudur.


Günə isə "Araz-Naxçıvan" - "İmişli" matçı ilə yekun vurulacaq. Görüş Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutacaq və 18:30-da start götürəcək.


Qeyd edək ki, "Araz-Naxçıvan" 40 xalla altıncı, "İmişli" isə 29 xalla doqquzuncudur.

Baxış sayı: 2 885

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə