prezident ilham əliyev apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin, sədrlərinin və sədr müavininin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.
arhd.media xəbər verir ki, sərəncama əsasən aşağıdakı təyinatlar olub:
apellyasiya instansiyası məhkəmələri üzrə:
1.1. ələddin tofiq oğlu məcidov şəki apellyasiya məhkəməsi sədrinin müavini təyin edilsin;
1.2. samir firdusi oğlu həsənov şirvan apellyasiya məhkəməsinin inzibati kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini təyin edilsin;
1.3. zahid tahir oğlu məmmədov sumqayıt apellyasiya məhkəməsinin kommersiya kollegiyasının sədri təyin edilsin;
1.4. xəqani hacı oğlu səmədov şəki apellyasiya məhkəməsinin cinayət kollegiyasının sədri təyin edilsin;
ağır cinayətlər məhkəmələri üzrə:
1.5. hüseyn inanc oğlu hüseynli bakı şəhəri xəzər rayon məhkəməsinin hakimi vəzifəsindən azad edilərək bakı ağır cinayətlər məhkəməsinin hakimi təyin edilsin;
1.6. nigar arzu qızı imanova bakı şəhəri sabunçu rayon məhkəməsinin hakimi vəzifəsindən azad edilərək bakı ağır cinayətlər məhkəməsinin hakimi təyin edilsin;
1.7. babək əkbər oğlu pənahov bakı şəhəri nəsimi rayon məhkəməsinin hakimi vəzifəsindən azad edilərək bakı ağır cinayətlər məhkəməsinin hakimi təyin edilsin;
hərbi məhkəmələr üzrə:
1.8. fərman məmməd oğlu abbasov tərtər hərbi məhkəməsinin hakimi və sədri təyin edilsin;
inzibati məhkəmələr üzrə:
1.9. rəşad mövsüm oğlu nuriyev ağcabədi rayon məhkəməsinin hakimi vəzifəsindən azad edilərək şirvan inzibati məhkəməsinin hakimi təyin edilsin;
kommersiya məhkəmələri üzrə:
1.10. ilkin əli oğlu əliyev bakı şəhəri binəqədi rayon məhkəməsinin hakimi vəzifəsindən azad edilərək bakı kommersiya məhkəməsinin hakimi təyin edilsin;
1.11. fərid eldar oğlu hətəmzadə bakı şəhəri binəqədi rayon məhkəməsinin hakimi vəzifəsindən azad edilərək bakı kommersiya məhkəməsinin hakimi təyin edilsin;
naxçıvan muxtar respublikasının rayon (şəhər) məhkəmələri üzrə:
1.12. ilham sadət oğlu ibrahimov naxçıvan muxtar respublikası hərbi məhkəməsinin hakimi vəzifəsindən azad edilərək naxçıvan muxtar respublikası kəngərli rayon məhkəməsinin hakimi və sədri təyin edilsin;
bakı şəhərinin rayon məhkəmələri üzrə:
1.13. fuad ələsgər oğlu hüseynov bakı şəhəri qaradağ rayon məhkəməsinin hakimi vəzifəsindən azad edilərək bakı şəhəri yasamal rayon məhkəməsinin hakimi təyin edilsin;
rayon (şəhər) məhkəmələri üzrə:
1.14. ilqar vidayət oğlu hüseynov ismayıllı rayon məhkəməsinin sədri təyin edilsin;
1.15. emin ilham oğlu məmmədli bakı şəhəri xəzər rayon məhkəməsinin hakimi vəzifəsindən azad edilərək oğuz rayon məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.16. zaman şakir oğlu imanov gəncə şəhər məhkəməsi sədrinin müavini təyin edilsin.
2. bu sərəncam imzalandığı gündən qüvvəyə minir.























