azərbaycan respublikası ali məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin, apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin və bəzi birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında
azərbaycan respublikası prezidentinin sərəncamı

məhkəmə-hüquq şurasının təkliflərini nəzərə alaraq, azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “məhkəmələr və hakimlər haqqında” azərbaycan respublikası qanununun 94-cü maddəsinə uyğun olaraq,

azərbaycan respublikasının ali məhkəməsi üzrə:

1.1. çingiz isgəndər oğlu əsgərov azərbaycan respublikası ali məhkəməsi sədrinin müavini təyin edilsin;

1.2. hafiz qənbər oğlu nəsibov azərbaycan respublikası ali məhkəməsinin cinayət kollegiyasının sədri təyin edilsin;

1.3. xəqani səyyad oğlu məmmədov azərbaycan respublikası ali məhkəməsinin inzibati kollegiyasının sədri təyin edilsin;

1.4. kəmalə nəbi qızı abiyeva azərbaycan respublikası ali məhkəməsinin kommersiya kollegiyasının sədri təyin edilsin;

1.5. sənan firudin oğlu hacıyev azərbaycan respublikası ali məhkəməsinin mülki kollegiyasının sədri təyin edilsin;

apellyasiya məhkəmələri üzrə:

1.6. elmar eldar oğlu rəhimov bakı apellyasiya məhkəməsinin cinayət kollegiyasının sədri təyin edilsin;

1.7. rəşad ziyaviddin oğlu mamedov gəncə apellyasiya məhkəməsinin inzibati kollegiyasının sədri təyin edilsin;

1.8. şamil qəhrəman oğlu rzaquliyev gəncə apellyasiya məhkəməsinin kommersiya kollegiyasının sədri təyin edilsin;

1.9. hökümə çingiz qızı babayeva sumqayıt apellyasiya məhkəməsinin inzibati kollegiyasının sədri təyin edilsin;

1.10. rövşən rafiq oğlu rəfiyev şəki apellyasiya məhkəməsinin inzibati kollegiyasının sədri təyin edilsin;

1.11. elçin şirin oğlu hüseynov şəki apellyasiya məhkəməsinin kommersiya kollegiyasının sədri təyin edilsin;

1.12. tale suliddin oğlu kərimov şirvan apellyasiya məhkəməsinin kommersiya kollegiyasının sədri təyin edilsin;

inzibati məhkəmələr üzrə:

1.13. araz firidun oğlu hüseynov bakı inzibati məhkəməsinin sədri təyin edilsin;

1.14. zəfər arif oğlu quliyev gəncə inzibati məhkəməsinin sədri təyin edilsin;

1.15. imran ramazan oğlu burcayev sumqayıt inzibati məhkəməsinin sədri təyin edilsin;

1.16. fehruz novruz oğlu abbasov şirvan inzibati məhkəməsinin sədri təyin edilsin;

kommersiya məhkəmələri üzrə:

1.17. ilham bayram oğlu əhmədov bakı kommersiya məhkəməsinin sədri təyin edilsin;

1.18. rəşad seylan oğlu məmmədov gəncə kommersiya məhkəməsinin sədri təyin edilsin;

1.19. mübariz rahil oğlu hüseynov şəki kommersiya məhkəməsinin sədri təyin edilsin;

1.20. namidar əlöysət oğlu misirzadə şirvan kommersiya məhkəməsinin sədri təyin edilsin;

rayon (şəhər) məhkəmələri üzrə:

1.21. nemət əlimusa oğlu musayev qazax rayon məhkəməsinin sədri təyin edilsin;

1.22. rəşad rafiq oğlu mustafayev sumqayıt şəhər məhkəməsinin sədri təyin edilsin.

2. bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

ilham əliyev

azərbaycan respublikasının prezidenti

bakı şəhəri, 6 may 2025-ci il


Baxış sayı: 4 372

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə