misli premyer liqasında 29-cu turun daha iki oyunu bu gün keçiriləcək.
arhd.media xəbər verir ki, ilk olaraq "şamaxı" "kəpəz"i qəbul edəcək.
şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək.
meydan sahibləri 32 xalla 8-ci, gəncə klubu 21 xalla 10-cu pillədə qərarlaşıb.
günün ikinci görüşündə "neftçi" və "qarabağ" münasibətlərə aydınlıq gətirəcəklər.
"palms sports arena"da matç saat 19:00-da başlayacaq. ağdam təmsilçisi 56 xalla ikinci, "ağ-qaralar" 44 xalla dördüncüdür.
qeyd edək ki, tura aprelin 27-də yekun vurulacaq. ötən gün "sumqayıt" "imişli"ni iki cavabsız qolla üstələyib. "qəbələ" - "araz-naxçıvan" oyununda qalib müəyyənləşməyib - 1:1.























